Sosial məsuliyyət prinsiplərinə sadiq qalan, ölkəmizin aparıcı banklarından biri olan Bank Respublika Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşulub.
BMT-nin Qlobal Sazişi dünyada davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Qlobal Sazişin iştirakçıları aparıcı xarici maliyyə institutları da daxil olmaqla 160 ölkədən 20 mindən çox təşkilatdır.
Bank Respublika BMT-nin Qlobal Sazişinə qoşulmaqla davamlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir. Qlobal Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürən adıçəkilən bank insan hüquqları, ekologiya, sosial məsuliyyət sahəsində fəaliyyət proqramının təkmilləşdirilməsi, həmçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.
Qeyd edək ki, Bank Respublika hazırda “yaşıl” maliyyənin inkişafı, ətraf mühitin qorunması, məişət tullantılarının təkrar emala yönəldilməsi ilə bağlı layihələr, eləcə də bir çox başqa təşəbbüslər üzərində fəal iş aparır.