BMT rəsmisi Azərbaycanın COP29 hazırlığını yüksək dəyərləndirib

post-img

“Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını–COP29-u uğurla həyata keçirmək üçün çox yaxşı bir vəziyyətdə olduğu­na inanıram”. Bunu mediaya açıqlamasında BMT-nin müvafiq Konven­siyasının konfrans işləri şöbəsinin direktoru Vasim Mir deyib.

COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə Bakı Olimpiya Stadionunun iqlim konfransına hazırlanması istiqamətində sıx işlədiklərini diqqətə çatdıran BMT rəsmisi deyib: “Yanvar ayında Bakıya faktaraş­dırıcı missiyanın rəhbəri kimi gəlmişdim və həmin vaxt biz COP29-un keçirilməsi üçün müxtəlif yerlərə baxdıq, sonda isə yekdilliklə ən uyğun yerin Olimpiya Sta­dionu olduğu qərarına gəldik. Həmin vaxt­dan etibarən biz COP29 Azərbaycan Əmə­liyyat Şirkəti ilə Olimpiya Stadionunun COP-a hazırlanması istiqamətində sıx işlə­yirik. Bu gün isə görülən işləri qiymətlən­dirmək üçün buradayam. Ötən müddət ər­zində məkanda hazırlıq baxımından xeyli irəliləyiş əldə olunub. Açığı, Azərbaycanın COP29-u uğurla həyata keçirmək üçün çox yaxşı bir vəziyyətdə olduğuna inanıram”.

V. Mir, həmçinin bildirib ki, hazırda onların nəqliyyat, qidalanma, təhlükəsiz­lik, yaşayış yerləri və COP üçün yerinə ye­tirilməsi lazım olan bütün istiqamətlər üzrə inkişaf planları mövcuddur.

Ekologiya