Naxçıvanın “yaşıl” gücü artıb

post-img

Naxçıvan Muxtar Respub­likasında bu ilin 8 ayında is­tehsal olunan ümumi elektrik enerjisinin 55 faizi alternativ və bərpaolunan enerji mənbələ­rinin payına düşüb. 

Muxtar respublikanın Dövlət Energeti­ka Xidmətinin məlumatına əsasən, hesabat dövründə istehsal olunan ümumi elektrik enerjisinin 45 faizi istilik, 42 faizi su, 13 faizi isə günəş elektrik stansiyalarında is­tehsal olunaraq elektrik şəbəkələrinə ötü­rülüb. Ötən ilin müvafiq dövrü ilə müqa­yisədə alternativ və bərpaolunan enerji mənbələrində istehsal edilən elektrik ener­jisinin həcmi 20 faizə yaxın artıb.

Ekologiya