Naxçıvanda torpaq müsabiqəsi

post-img

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs Naxçıvan şəhər Əliabad bələdiyyəsinə məxsus 1 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı ilk dəfə torpaq müsabiqəsi keçirib.

Məktəb və bağça binasının tikintisi məqsədilə müsabiqəyə çıxarılan torpaq sahəsinin satışı prosesində 2 sifarişçi işti­rak edib. Əmlak Məsələləri Dövlət Xidmə­tində keçirilən müsabiqədə möhürlü zərflər komissiya üzvlərinin iştirakı ilə açılıb və ən yüksək qiymət təklif edən sifarişçi qalib elan olunub. 

Bu ilin 26 sentyabrında növbəti torpaq müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. 

Səbuhi HƏSƏNOV
XQ

İqtisadiyyat