100 min yeni kassa aparatı

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən redaksiyamıza daxil olan məlumata görə, indiyədək ölkə ərazisində 99 min 690 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Bu ilin yanvar-iyul ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 271 milyon manatdan artıq olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyard manat, yaxud 10,1 faiz çoxdur.

İqtisadiyyat