51 min ipoteka krediti verilib

post-img

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 51 min  borcalana 3 milyard 170 milyon manat kredit verib.

İKZF-nin açıqlamasında daha sonra bildirilir ki, qurum tərəfindən indiyə qədər 481milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 5272 mənzil isə kirayəyə yolu ilə realizə edilib.

Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. 

Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

İqtisadiyyat