Bu il avqust ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 765,7 milyon ABŞ dollar təşkil edib. Təkcə iyul ayında bankın valyuta ehtiyatları 28,1 milyon dollar və ya 0,23 faiz artıb.
Son 1 ildə isə AMB-nin valyuta ehtiyatları 2 milyard 521,7 milyon dollar və ya 27,3 faiz çoxalıb. Xatırladaq ki, 2023-ci ilin eyni dövründə qurumun valyuta ehtiyatları 9 milyard 244 milyon dollar təşkil edib.