Biləsuvar rayonunda 2024-cü ilin məhsulu üçün payızlıq və yazlıq olmaqla 33 min 936,5 hektar sahədə taxıl əkilib. Bunun da 9 min 698,9 hektarı buğda, 24 min 237,6 hektarı isə arpa sahəsidir.
Artıq taxıl sahələrində biçin işləri yekunlaşıb. Mövsümün əvvəlindən zəmilərdən 95 min 532,2 ton məhsul götürülüb. Bu il rayon üzrə orta məhsuldarlıq 28,55 sentner təşkil edib. Ötən müddətdə sahələrdən 28 min 572,2 ton buğda və 66 min 960 ton arpa götürülüb. Buğda və arpa üzrə orta məhsuldarlıq isə müvafiq olaraq 29,5 sentner və 27,6 sentner təşkil edib.
Rayon üzrə taxıl biçininə 80 ədəd kombayn cəlb edilib. Onlardan 7-si Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Biləsuvar bölməsinə, 36-sı digər rayon bölmələrinə, 37-si isə fiziki şəxslərə məxsus olub.