Yevlax Pilot Aqroparkına 29 milyon manat investisiya qoyulub

post-img

Ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Burada intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkda dövlət tərəfindən 815 hektar ərazinin su və elektrik təchizatı tam təmin olunub, təsərrüfatdaxili yollar çəkilib, 370 hektar sahədə infrastrukturun qurulması üzrə işlər davam etdirilir.

Aqropark üzrə 1939 hektar sahədə 33 sahibkarlıq subyekti rezident kimi qey­diyyata alınıb. Rezidentlər tərəfindən, ümumilikdə, 52 milyon manatadək özəl investisiyanın yatırılması ilə 305 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək rezidentlər tərəfindən 29 milyon manat investisiya qoyulmaqla 92 daimi, 190 mövsümi iş yeri açılıb. 19 rezident tərəfindən 991 hektar ərazidə əkin işləri görülüb, 409 hektar sahədə meyvə bağları salınıb.

Yevlax Pilot Aqroparkına baxış çərçi­vəsində Harvard Universitetinin eksperləri ilə ölkəmizdə yaradılmış sənaye parkla­rının potensialı, alternativ enerji ilə bağlı layihələr və ekoparkların yaradılması im­kanları müzakirə olunub.

İqtisadiyyat