“Azexport” portalı TDT ölkələri şəbəkəsində

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin “OTS Made”(TDT İstehsal) brendinin yaradılması ilə bağlı təşkil olunan iclasında təqdim olunub.

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Qubada Azərbaycan, Türkiyə, zbəkistan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının kənd təsərrüfatı nazirliklərinin nümayəndələrinin iştirakı ilə reallaşan görüşdə “Azexport” portalının “Made in Azerbaijan” məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində görülən işlərə dair məlumat verilib.

Tədbirdə təqdimatla çıxış edən “Azexport”un  rəhbəri Ayxan Qədəşov portalın Azərbaycanda istehsal olunan malların vahid məlumat mərkəzi olmaqla yanaşı, təkmil “big data” bazası kimi də tanındığını bildirib. O daha sonra qeyd edib ki, fəaliyyət müddəti ərzində portala daxil olan sifarişlərin təhlili gerçəkləşdirilərək  ixrac coğrafiyası və ixrac həcmi barədə önəmli statistika hazırlanıb. Bununla da portala daxil olan sifarişlərin həcminə əsasən, yerli və beynəlxalq bazarlarda məhsul üzrə tələbatı öncədən görmək, həmçinin qiymət artımını qabaqcadan proqnozlaşdırmaq mümkün olub.  

Təqdimatda  “Azexport”un Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasında istifadə etdiyi metodologiya və təcrübənin “OTS Made” brendinin yaradılmasında uğurlu nümunə kimi tətbiq oluna bilcəyi  vurğulanıb. 

XQ

İqtisadiyyat