Azərbaycan “asan kredit”ə görə 190 ölkədən öndədir

post-img

“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun irəli sürdüyü təşəbbüslərə və müvafiq tədbirlərin icrası istiqamətində əldə edilən nailiyyətlərə görə, Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında kreditlərin əldə edilməsinin asanlığı baxımından 190 ölkə arasında 1-ci yerə çıxıb.

Bunu Prezident Administrasiyasının (PA) İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Maliyyə bazarlarının inkişafı və kreditlərin əl­çatanlığı” işçi qrupunun iclasında bildirib.

“Bu, həmin sahənin inkişafında kifayət qədər baza yaradıl­dığını göstərir, bizə kreditlərin əlçatanlığı sahəsində nail oldu­ğumuz yüksək nəticənin maliyyə sektorunun digər alt kompo­netlərində də əldə edilməsi üçün stimul verir və görülən işlərin prioritetlərini müəyyənləşdirir”, – deyə o qeyd edib.

“İşçi qrupu bu ilin əvvəlindən başlayaraq Dünya Bankının yeni metodoloji sənədinə əsasən, diaqnostika həyata keçirir, paralel olaraq özəl sektorda da sorğular aparır. Əldə olunmuş məlumatlar və aparılmış təhlillər nəticəsində yeni istiqamətlə­ri özündə əks etdirən Yol Xəritəsi komissiyaya təqdim edilib. Komissiya sədrinin təsdiqlədiyi bu sənəddə əks olunmuş təd­birlərin bir çoxu bilavasitə maliyyə bazarlarının inkişafına və inklüziv maliyyə xidmətlərinin yaradılmasına töhfə verəcək”, – deyə PA rəsmisi əlavə edib.

XQ

İqtisadiyyat