Neft-qaz sektorunda 0,6 faiz artım

post-img

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz artıb.

Məlumatda, həmçinin neft-qaz sektoruna bu il 3 milyard manata yaxın vəsait yönəldildiyi, cari ilin ilk yarısında ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcminin 4,5 faiz artdığı vurğulanıb.

Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə sözügedən göstərici 2 milyard 809 milyon manat səviyyəsində olub.

İqtisadiyyat