2024-cü ilin yanvar–iyun aylarında Azərbaycanda 2032 ədəd minik, 276 ədəd isə yük avtomobili istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir ki, birinci yarımildə ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 16,5 faiz, yük avtomobili istehsalı isə 68,3 faiz artıb.
Qeyd edək ki, cari ilin iyul ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 516 ədəd minik, 65 ədəd isə yük avtomobili təşkil edib.