Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

post-img

Energetika naziri Pərviz Şahbazov ilə İsrailin regional əməkdaşlıq naziri David Amsalemin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Energetika Nazirliyindən bildirilib ki, görüşdə iki ölkə münasibətlərində enerji sahəsində, o cümlədən karbohidrogen sektorunda əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda neft təchizatı, neft-kimya məhsullarının ticarəti və daunstrim layihələrində çoxillik əməkdaşlıq əlaqələri qeyd edilib, perspektivlər nəzərdən keçirilib.

Həmçinin Azərbaycanın hazırda ölkənin enerji balansında bərpaolunan enerjinin payının artırılmasına, bu enerji növünün də regionlararası yaşıl enerji dəhlizlərinin yaradılması ilə tədarükünə yönəlmiş layihələrindən danışılıb. Yaşıl enerji, eləcə də digər perspektivli sahələrdə əlaqələrin inkişafı üçün imkanlar dəyərləndirilib, dövlət-özəl sektorunun bu prosesə cəlbinin əhəmiyyətindən bəhs edilib.

İqtisadiyyat