Orta Dəhlizdə yeni marşrut

post-img

Çindən Türkiyəyə Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük qatarı yola salınıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən aldığımız mə­lumata görə, məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteyner­dən ibarət qatar iyunun 28-də Çinin Cian­su əyalətinin paytaxtı Nankin şəhərindən Mərkəzi Asiya–Xəzər dənizi–Azərbay­can–Gürcüstan marşrutu ilə İstanbul şəhərinə yola düşüb.

Hazırda Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçməklə Çin və Avropa ara­sında yükdaşımalar bir neçə istiqamət üzrə həyata keçirilir.

İqtisadiyyat