Bu ilin yanvar–may aylarında ölkədəki sığorta şirkətlərinin xətti ilə 644 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 13,7 faiz çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274,8 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 57,6 faiz yüksəkdir.