“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) Çexiyanın “Pekasat Se” şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. ASC-nin məlumatına görə, bu memorandum aşağıorbitli peyklərin əməliyyatları üçün yerüstü stansiyaların qarşılıqlı istifadəsi və yeni biznes imkanlarını genişləndirilməsi məqsədi daşıyır.
Hər iki tərəf həm Azərbaycanda, həm də Çexiyada öz müştərilərinə telemetriya, yəni idarəetmə siqnallarının qəbulu və peykə komandaların göndərilməsi, peyklərdən böyük həcmdə məlumatların ötürülməsi, yerüstü infrastrukturun istismarında təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edəcək.
Qeyd edək ki, “Pekasat Se” Çexiyanın Brno şəhərində yerləşir. Şirkət özünün yerüstü stansiya qurğuları vasitəsilə peyk operatorları və digər müştərilərinə anten sistemləri üzrə xidmətlər, İT və bulud həlləri təklif edir.