Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində mühüm addımlar atıb. Bunu Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində çıxışı zamanı CANSO-nun baş direktoru Saymon Hokkard deyib.
“Azərbaycanda bir araya gəlməyimiz bizə iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün qlobal əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini xatırladır. Bu mühüm müzakirəni burada, Bakıda apararaq biz gələcək nəsillər üçün planetimizin ekosisteminin qorunması məqsədilə bütün sənaye və ölkələrin birgə səylərinin zəruriliyini dərk edirik”, – deyə o, vurğulayıb.
Yeri gəlmişkən, CANSO-nun baş direktoru jurnalistlərə açıqlamasında Bakını Ümumdünya Aeronaviqasiya Sammitinin keçirilməsi üçün ideal məkan adlandırıb. Onun sözlərinə görə, bu tədbirin keçiriləcəyi məkan kimi Bakının seçilməsi ona görə məqsədəuyğundur ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabr ayında məhz bu şəhərdə təşkil olunacaq. “Bu mənada Bakı ideal məkandır, çünki burada müxtəlif enerji mənbələrindən istifadə imkanları nəzərdən keçirilir və bu məsələ COP29-un gündəliyində də öz əksini tapıb. İqlim dəyişikliyi mövzusu aviasiya sənayesi üçün də aktualdır və onun üçün böyük problemlər yaradır. Ümumi məqsədlərdən biri 2050-ci ilə qədər xalis sıfır karbon emissiyasına nail olmaqdır. Buna nail olmaq üçün çox iş görməliyik”, – deyə Saymon Hokkard əlavə edib.
Hazırda aviasiya sektorunun qlobal emissiyalarda, təxminən, 2 faiz paya malik olduğunu bildirən baş direktorun dediyinə görə, lazımi tədbirlər görülməsə yaxın 20 il ərzində bu nisbət 22 faiz olacaq.
Aeronaviqasiya Sammiti COP29-u dəstəkləyib
- İqtisadiyyat
- 09:34 13.06.2024
- Oxunma sayı: 786
Açar sözlər:
Paylaş:
Özbəkistanda Azərbaycanın Mədəniyyəti Günləri
09:36 13.06.2024İqtisadiyyat
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin həcmi artıb
14:22 29.06.2026Azərbaycanda kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
10:43 29.06.2026Azərbaycanda KOBİA-nın dəstək mexanizmləri: rəqəmlər və faktlar
12:46 27.06.2026Şəmkir ölkəmizin ən böyük kənd təsərrüfatı rayonudur
15:43 26.06.2026Qubanın bağlarında bərəkət mövsümü
02:21 26.06.2026Aran günəşi, dağ havası və zəhmət Göygöldə bolluq göyərdir
02:18 26.06.2026-
- 21:04 29.06.2026
-
- 21:02 29.06.2026
-
- 21:00 29.06.2026
-
- 20:57 29.06.2026
-
- 20:48 29.06.2026
-
- 20:40 29.06.2026
-
- 19:52 29.06.2026
-
- 19:15 29.06.2026
-
- 19:00 29.06.2026
-
- 18:58 29.06.2026
-
- 18:55 29.06.2026
-
- 18:35 29.06.2026
-
- 18:31 29.06.2026
-
- 18:22 29.06.2026
-
- 18:18 29.06.2026
-
- 18:16 29.06.2026
-
- 17:59 29.06.2026
-
- 17:56 29.06.2026
-
- 17:51 29.06.2026
-
- 17:47 29.06.2026
-
- 17:41 29.06.2026
-
- 17:39 29.06.2026
-
- 17:31 29.06.2026
-
- 17:28 29.06.2026
-
- 17:21 29.06.2026
-
- 17:15 29.06.2026
-
- 17:12 29.06.2026
-
- 17:05 29.06.2026
-
- 17:00 29.06.2026
-
- 16:54 29.06.2026
-
- 16:44 29.06.2026
-
- 16:27 29.06.2026
-
- 16:22 29.06.2026
-
- 16:19 29.06.2026
-
- 16:02 29.06.2026
-
- 15:53 29.06.2026
-
- 15:50 29.06.2026
-
- 15:41 29.06.2026
-
- 15:38 29.06.2026
-
- 15:30 29.06.2026

