Bu ilin I rübündə Azərbaycanda regionlar üzrə ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 7,8 milyard manat olub.
İqtisadiyyat Nazirliyinin bu barədə məlumatına görə, yanvar-mart aylarında regionlara kredit qoyuluşu 18 faiz artımla 5,6 milyard manat, əsas kapitala investisiyalar isə 1,7 milyard manat təşkil edib.