Ağdamda sənaye parkının 22-ci rezidenti

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında Ağdam Sənaye Parkında investisiya dəyəri 3,7 milyon manat olan örtülmüş kalsit istehsalı müəssisəsinin yaradılacağını bildirib.  

Nazir qeyd edib ki, bununla bağlı “Caltech”   ­MMC-yə sənaye parkının rezidenti statusu verilib. Müəssisədə 30 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulub. Bununla da Ağdam Sənaye Parkının rezidentlərinin sayı 22-yə yüksəlib.

İqtisadiyyat