Ələt limanına hava qapısı açılır

post-img

Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) istehsal müəssisələri ilə yanaşı, logistika mərkəzi və hava limanının da inşasına başlanılıb. Müasir standartlara cavab verən beynəlxalq karqo ae­roportunun illik yükaşırma gücünün ilkin mər­hələdə 500 min ton olacağı, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılıb. 

Aeroport, ilk növbədə, ƏAİZ-də fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınmasını təmin edəcək. Hava limanının ətrafında isə multimodal nəq­liyyat mərkəzləri və yüksək texnologiyalara əsaslanan istehsal müəssisələri tikiləcək. 

Sözügedən iqtisadi zonanın Səlahiyyətli Qurumu­nun İdarə Heyətinin sədri Valeh Ələsgərovun bildirdi­yinə görə, ƏAİZ-ə ayrılmış 4313 hektar torpaq sahəsi­nin, təxminən, 1200 hektardan artıq hissəsində tikilən hava limanının 2026-cı ilin birinci rübündən gec olma­yaraq istifadəyə verilməsi nəzərdə tutulub. 

XQ

İqtisadiyyat