Gürcüstanda hissənin modernləşdirilməsi başa çatdıqdan sonra BTQ vasitəsilə Türkiyə ilə Orta Asiya ölkələri və Çin arasında yük daşımaları yenidən başlandı.
“TRT Russian” yazır ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissələrinin modernləşdirilməsi və genişləndirilməsi üzrə işlər başa çatdıqdan sonra yükdaşımaları bərpa edildi.
Türkiyəni Gürcüstan və Azərbaycan üzərindən Orta Asiya və Çinlə birləşdirən 829 kilometrlik BTQ dəmir yolu xətti 2023-cü ilin mayında Gürcüstan hissəsində aparılan təmir işləri ilə əlaqədar yük daşımaları üçün bağlanmışdı.
2024-cü il mayın 20-də Azərbaycandan 20 konteyner və 632 ton plastik xammalı olan ilk qatar Qars stansiyasına gəlmiş və yük daşımalarının bərpası qeyd olunmuşdu.
BTQ vasitəsilə Türkiyədən Orta Asiya ölkələrinə və Çinə tikinti materialları, filizlər, məişət texnikası, məmulatlar göndərilir, taxıl, gübrə, metal və kimya yükləri isə geri göndərilir.
Məqsəd Türkiyə ilə Çin arasında konteyner qatarlarının sayını orta müddətli dövrdə ildə 200-ə, uzunmüddətli perspektivdə isə 1500-ə çatdırmaq, tranzit müddətini 12 gündən 10 günə endirməkdir.
S.ELAY
XQ