Sığorta şirkətlərinin investisiyaları 18 faiz artıb

post-img

Azərbaycan Mərkəzi Bankının (AMB) “2023-cü il üzrə maliyyə sa­bitliyi hesabatı”nda sığorta şirkətlə­rinin investisiyalarının ötən ilin sonu ilə müqayisədə 18 faiz artaraq 1,501 milyon manata çatdığı bildirilib. 

Vurğulanıb ki, artım əsasən, dövlət qiymətli kağızları hesabına baş verib. Ümumilikdə, həyat sığorta şirkətləri və­saitlərinin 91 faizini, qeyri-həyat sığorta şirkətləri vəsaitlərinin isə 73 faizini in­vestisiya portfeli təşkil edib.

Qeyd olunub ki, sığorta şirkətləri­nin investisiya vəsaitləri əsasən, dövlət qiymətli kağızlarından və bank vəsait­lərindən ibarətdir.

2023-cü ildə sığorta sektoru inves­tisiya fəaliyyətindən 85 milyon manat gəlir əldə edib ki, bu da cəmi gəlirlərin 6 faizini təşkil edib.

Hesabat ilində sektorun məcmu ka­pitalında da artım qeydə alınıb. Ötən il sığorta sektoru üzrə məcmu kapital 12 faiz artıb. Məcmu kapitalın tələb olunan kapitala nisbəti 7 faiz bəndi yüksələrək 183 faiz olub.

XQ

İqtisadiyyat