gubre.az şəbəkəsinin “Caspian Agro” sərgisində təqdim etdiyi yeni layihə fermerlərin xüsusi marağına səbəb olub

post-img

Mayın 15-dən etibarən Bakıda sayca 17-ci “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı sərgisi keçirilir. Üç gün davam edəcək sərgi hər il olduğu kimi dövlət qurumlarını, yerli və xarici təchizatçı şirkətləri, fermer təsərrüfatlarını və aqrar sektorda təmsil olan mütəxəssisləri bir araya toplamışdır. Bu il Bakı Ekspo Mərkəzində milli və xarici stendlərin nümayiş olunduğu sərgidə ümumilikdə dünyanın 27 ölkəsindən 280-dən çox iştirakçı yer alır.

Sərgidə, həmçinin Azərbaycanda kənd təsərrüfatı istehsal vasitələrinin tədarükü, topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış, yüksək keyfiyyətli məhsulları, həmçinin əlçatan xidmətləri ilə fermerlərin, eləcə də kənd təsərrüfatı şirkətlərinin etibarını və rəğbətini qazanan gubre.az aqrar ticarət şəbəkəsi də öz stendi ilə təmsil olunur. Bu il stenddə fermerlərə gubre.az-ın idxal etdiyi torpaq qoruyucu və yaxşılaşdırıcı vasitələr, gübrələr, müasir effektiv bitki mühafizə vasitələri, yüksək məhsuldarlığa malik pambıq, qarğıdalı, yonca və s. toxum sortları təqdim edilmişdir.

İqtisadiyyat