Əmək müqavilələri çoxalıb

post-img

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 442,126 min vahid artaraq bu il mayın 1-nə 1 milyon 844 min 41-ə çatıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 398 min 852 vahid artaraq 938 min 774 olub. Bildirilib ki, 5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. “Artım Dövlət Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir”, – deyə məlumatda qeyd edilib.

XQ

İqtisadiyyat