İxrac logistika subsidiyaları

post-img

Azərbaycanda ixracatçılara logisitika subsidiyalarının verilməsinə 2024-cü ilin ikinci yarısında başlanacaq. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev məlumat verib. Hazırda ənənəvi bazarlarla bağlı təhlillər aparıldığını bildirən agentlik rəhbəri deyib ki, bəzi məhsullar üzrə subsidiyalaşma həyata keçiriləcək. 

Y.Abdullayev subsidiya məbləğinin hələ müəyyən olunmadığını qeyd edib. “Bu subsidiya Azərbaycanda bütün ixracatçılara şamil olunacaq və bu mexanizm ixracımızın yeni bazarlara genişləndirilməsinə dəstək olacaq", – deyə o əlavə edib.

Xatırladaq ki, logistika subsidiyasını, ümumilikdə, 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi gözlənilir.

XQ

İqtisadiyyat