2024-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 7,3 milyard manatdan artıq olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.
Bu barədə “XQ”yə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Qeyd edilib ki, indiyədək ölkə ərazisində 97 min 735 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
XQ