59 milyon manat “ƏDV geri al”

post-img

Cari ilin yanvar–aprel ayları ərzində pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri, həmçinin özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 59,2 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Dövlət Vergi Xidmətinin məlumatına görə, “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Bundan başqa, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərçivəsində qaytarılan həcmi yanvar-aprel aylarında 6,5 milyon manat təşkil edib.

XQ

İqtisadiyyat