Özəl bölməyə 470 milyon manat zəmanətli kredit

post-img

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlıq kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi çərçivəsində çoxsaylı sahibkarların maliyyə mənbələrinə çıxış imkanları təmin edilib. Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun  kredit zəmanət departamentinin direktoru Elşən Kərimov məlumat verib. 

O deyib ki, bu il mayın 1-nə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb. “Fond üzərinə 50 milyon manatdan çox subsidiya öhdəliyi götürüb. Bu öhdəliklərin artıq 40 milyon manatı sahibkarlarların müvəkkil banklardan götürdükləri kredit faizlərinin ödənilməsinə yönəldilib”, – deyə E. Kərimov əlavə edib.

Fond rəsmisinin sözlərinə görə, zəmanət verilmiş kreditlərin maliyyələşdirildiyi layihələrdə əvvəllər 33,5 min nəfərdən artıq insan çalışsa da, sonradan əlavə olaraq daha 5,9 mindən çox yeni iş yeri açılıb. 

XQ

 

İqtisadiyyat