Bu gün neft bahalaşıb

post-img

Bu gün neft qiymətləri İsrailin İrana hücumundan sonra bahalaşıb. Məlumatı “İnterfaks.ru” verib.  

Bu xəbər Yaxın Şərqdə artan münaqişə və regiondan neft tədarükünün məhdudlaşdırılması qorxusunun yeni dalğasına səbəb oldu.

İsfahana hücum pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib, onlar İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Xəbərdə deyilir ki, hava hücumundan müdafiə sistemləri İsfahan hava məkanında şəhərin şimalındakı hərbi baza yaxınlığındakı şübhəli obyektlərə cavab verib.

Londonun ICE Futures birjasında Brent neftinin iyun fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:20-yə olan vəziyyətə görə, bir barel üçün 88,81 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 1,7 dollar (1,95 faiz) bahadır. Cümə axşamı günü bu kontraktlar 0,18 dollar (0,2 faiz) azalaraq 87,11 dollar olub.

P.ƏMİRCANOV

XQ

İqtisadiyyat