Ərzaq ucuzlaşır

post-img

Son zamanlar Azərbaycanda inflyasiya tempi getdikcə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında ölkədə qiymət artımı cəmi 1 faiz təşkil edib. Hesabat dövründə ərzaq mallarının qiymətlərində isə ucuzlaşma qeydə alınıb.  

Komitənin 2024-cü ilin yanvar-mart ayları üzrə hesabatında bildirilir ki, ölkədə qida məhsullarının, eləcə də içkilər və tütün məmulatlarının qiymətində 0,3 faiz ucuzlaşma baş verib. Bununla belə, ilin ilk rübü ərzində qeyri-qida malları 1,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,5 faiz bahalaşıb.

XQ

 

İqtisadiyyat