Qeyri-neft-qaz daxilolmaları 11,3 faiz artıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvar–mart ayları ərzində bu qurumun xəttilə dövlət büdcəsinə 4 milyard 281 milyon 505 min manat vergi daxil olub.

Qeyri-neft-qaz sektorundan ver­gi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artaraq 2 milyard 914 milyon manata çatıb.

Ödənilən vergilərin 68 faizi qeyri-neft-qaz sektorunun, 32 faizi isə neft-qaz sektorunun payına düşüb.

XQ

İqtisadiyyat