Suqovuşandan Kəlbəcərə yol çəkilir

post-img

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildiyinə görə, Suqovuşan–Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb. Uzunluğu 80 kilometr, hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda uzunluğu 80 kilometr olan avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalar­dan istifadə edilməklə yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırıl­ması, yolun genişləndirilərək profilə sa­lınması işləri həyata keçirilir.

Layihənin çətin relyefə malik dağ­lıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi, layihə eninin alınması üçün qayaların partladılması üsulundan istifadə oluna­caq.

Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa yol boyu 6 körpünün, lazımi yerlərdə istinad di­varının inşası da nəzərdə tutulur.

Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və iş­ğaldan azad edilmiş ərazilərimizin sosi­al-iqtisadi inkişafında mühüm rol oyna­yacaq yol infrastrukturu layihələrindən biri sayılır.

XQ

İqtisadiyyat