Laçın şəhəri və Zabux kəndində 748 sakinin məşğulluğu təmin edilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Laçın rayonunda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib. 

Görüşdə Laçın şəhərində və rayonun Zabux kəndində məskunlaşan 748 nəfərin məşğulluğunun təmin edildiyi bil­dirilib. Həmin şəxslərdən bir qrupu üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulduğu diqqətə çatdırılıb.

Tədbirdə iştirakçılara Dövlət Məşğulluq Agentliyinin fəa­liyyət istiqamətləri, rəqəmsal layihələri, işəgötürənlərlə bağlı proqramlar barədə məlumat verilib, iştirakçıları maraqlandı­ran suallar cavablandırılıb.

XQ

İqtisadiyyat