Birinci rübdə 6 milyon ton neft və 6,4 milyard kubmetr qaz ixrac olunub

post-img

Operativ məlumatlara əsasən, cari ilin yanvar-mart aylarında ölkə üzrə neft-kondensat hasilatı 7,3 milyon ton, ixraca nəql edilən həcmlər isə 6 milyon ton təşkil edib. 

Bu barədə energetika naziri Pərviz Şahbazov özünün “X” sosial şəbəkəsindəki paylaşımda qeyd edib. Nazir bildirib ki, bu dövrdə 400 milyon kubmetr artımla hasil edilmiş 12,6 mil­yard kubmetr qazın 6,4 milyard kubmetri ixrac olunub.

P. Şahbazovun dediyinə görə, cari ilin birinci rübündə Av­ropaya 3,2 milyard kubmetr, Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz ixrac edilib. O bil­dirib ki, hesabat dövründə TANAP-la Türkiyəyə 1,3 milyard kubmetr qaz nəql olunub.

XQ

İqtisadiyyat