Türkiyə prezidentinin administrasiyası Mərkəzi Bankın dolların məzənnəsini milli valyuta - lirəyə (TL) nisbətdə müəyyən etdiyi və iki həftədən sonra onun 40 lirəyə başa gələcəyi ilə bağlı məlumatları təkzib edib.
Bu barədə "Qazeta.ru" yazır.
Qeyd olunur ki, türk valyutasının dəyəri daha əvvəl tarixi minimuma çatıb və ilk dəfə olaraq bir dollar üçün 32 lirəni keçib. Lirə 2024-cü ilin əvvəlindən ABŞ dollarına nisbətdə 9% ucuzlaşıb. Bundan əlavə, lirənin məzənnəsinin digər valyutalara, o cümlədən avro, rubl və yuana nisbətdə ucuzlaşması qeydə alınıb.
“Bəzi KİV-lərin “Dolların məzənnəsi 15 gün ərzində müəyyənləşdi”, “Dollar 15 günə 40 TL-yə başa gələcək”, “Mərkəzi Bankın hesabatı sızdırılıb” kimi açıqlamalar reallığa uyğun gəlmir. ”, - "Qazeta.ru" Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatından sitat gətirir. Mərkəzdən 15 gün ərzində dolların 40 lirəyə başa gələcəyinə inanmağa əsas olmadığını vurğulayıb.
S.ELAY
XQ