ABŞ-da qazın qiymətinin gözlənilməz enişi ölkə iqtisadiyyatına dəstək oldu

post-img

Bu il təbii qaz qiymətlərinin kəskin azalması ABŞ iqtisadiyyatını gücləndirib və digər zəruri malların qiyməti artmağa davam etdiyi üçün enerji xərclərini əhəmiyyətli dərəcədə azaldıb.

Bu barədə "Bloomberg" agentliyi yazır.

Təbii qaza neft qədər diqqət yetirilməsə də, aşağı profilli enerji daşıyıcısı evləri qızdırmaq, elektrik enerjisi istehsal etmək, fabrikləri işə salmaq və gübrə hazırlamaq üçün geniş istifadə olunur. 2021-2022-ci illərdə qaz fyuçerslərinin qiymətləri kəskin artdıqda, qiymət artımı dalğası həm istehlakçılara, həm də istehsalçılara təsir etmişdi. "Bloomberg" yazır ki, indi isə qiymət son dörd ildə ən aşağı səviyyəyə endikdə, azalma özünü qabarıq göstərir.

Qaz qiymətlərinin düşməsi enerjinin ABŞ-ın ümumi yaşayış səviyyəsinə təsirini zəiflədib. Agentlik qeyd edir ki, 2022-ci ilin iyun ayında bu sektor ümumi inflyasiyanın təxminən dörddə birini təşkil edib və istehlak qiymətləri indeksinə, indi onun təsiri praktik olaraq sıfıra  bərabərdir.

İndiyədək qiymətlərin ucuzlaşmasının aşkar faydaları özünü mənzil-kommunal təsərrüfatı sektorunda göstərsə də, tezliklə bu, iqtisadiyyatın digər sahələrinə də yayılmağa başlayacaq. Təbii qaz ammonyak və azot gübrələrinin istehsalı üçün istifadə olunur və buna görə də qlobal kənd təsərrüfatı sənayesinin açarıdır.

"Century Aluminium" və "Construction Partners" tikinti şirkətinin baş direktorları da bu yaxınlarda ucuz qazın enerji xərclərinə və istehsal xərclərinə faydalı təsirlərindən danışıblar.

S.ELAY

XQ

 

 

İqtisadiyyat