NATO Rusiya ilə gərginliyə hazırlaşır

post-img

NATO ölkələri Rusiya ilə “daha ​​bir neçə il” gərginliyə hazırlaşmalıdırlar. Digi24 xəbər verir ki, bu fikri Alyansın baş katibinin müavini Mirça Coane deyib.

"Biz ən azı daha bir neçə il gərgin münasibətlərə hazırlaşmalıyıq", - M.Coane Vladimir Putinin yenidən Rusiya prezidenti seçiləcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı suala cavab verib.

M.Coane vurğulayıb ki, NATO öz üzərinə düşən vəzifəni yerinə yetirir: “Biz ərazimizi və müttəfiqlərimizi müdafiə edirik, müvafiq tədbirlər görürük”. Onun sözlərinə görə, Rusiya “aqressiv” olarsa, alyans “bu təcavüzün qarşısını almağa daha yaxşı hazır olacaq”.

S.ELAY

XQ

Dünya