İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkda “Yard Agro” MMC və fərdi sahibkar Vüqar Novruzova rezident statusu verilib. Bununla da, parkın rezidentlərinin sayı 33-ə çatıb.
İZİA-dan verilən məlumata görə, yeni rezidentlər tərəfindən 57,7 hektar sahədə investisiya həcmi 781 min manat olan intensiv meyvə bağları salınacaq. Bunun da hesabına 16 nəfər daimi, 125 nəfər isə mövsümi işlə təmin ediləcək. Ümumilikdə isə, Yevlax Pilot Aqroparkın qeydiyyata alınmış yeni rezidentlər tərəfindən 141 nəfər işlə təmin ediləcək.
XQ