2024-cü ilin yanvar–fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət büdcəsinə 25,7 milyon manat vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz çoxdur.
Hesabat dövründə ödənişin 18,6 milyon manatı özəlləşdirmə, 7,1 milyon manatı isə icarə hesabına təmin edilib. Özəlləşdirmə və icarədən büdcəyə daxil olan vəsait əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 26 faiz və 21 faiz artıb.
Dövlət Xidməti yanvar-fevral aylarında 10 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi və 98 nəqliyyat vasitəsi özəlləşdirilib. Ötən 2 ayda bağlanmış 453 yeni icarə müqavilələrin 78-i qeyri-yaşayış, 375-i isə torpaq sahələrinə aid olub.
XQ