“Yaşıl iqtisadiyyat”dan “yaşıl mədəniyyət”ə“

post-img

İnformasiya Texnologiyaları İnstitutunda uzun illərdir ki, rəqəmsal transformasiyalar şəraitində “yaşıl texnologiya”larla bağlı tədqiqatlar aparılır, “yaşıl iqtisadiyyat” və ekologiya kimi problemlərə böyük diqqət ayrılır.

Bu barədə AMEA-nın vitse-preziden­ti, adı çəkilən institutun baş direktoru, akademik Rasim Əliquliyev deyib: 

–Hazırda bütün dünyada, o cümlə­dən Azərbaycanda enerji təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verilir, ən müasir texnologiyaların ölkəmizdə geniş tətbiqi ilə yeni iqtisadi sahələrin meydana gəlməsi, enerji istehsalı, enerji təhlükə­sizliyinin yenidən qurulması istiqamətdə mühüm addım atılır. 

Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konf­ransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsinə dair verilən qə­rar mühüm hadisə kimi diqqət çəkir. Belə bir mötəbər tədbir Azərbaycanın bey­nəlxalq aləmdə nüfuzunun daha da yük­səldilməsi baxımından böyük siyasi və iqtisadi əhəmiyyət daşıyır, iqlim dəyişik­liyinin azaldılmasına və “yaşıl enerji”dən istifadəyə yönələn qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayır. 

COP29 ölkəmizdə “yaşıl ideya”ların reallaşması istiqamətində institusional və kompleks tədbirlərin gerçəkləşməsinə tə­kan verəcək, dünyanın “düşünən beyin­ləri” ölkəmizdə cəmləşəcək. 

Ənənəvi iqtisadiyyatın “yaşıl iqtisa­diyyat”a transformasiya olunması üçün Azərbaycan cəmiyyətində artıq “yaşıl mədəniyyətin” formalaşdırılmasına baş­lanılıb. AMEA-nın İnformasiya Texno­logiyaları İnstitutunun alimlərinə “yaşıl ideya”, “yaşıl texnologiyalar” istiqamətin­də yeni təşəbbüslər irəli sürməklə bağlı tapşırıqlar verilib. İnstitutda “yaşıl cəmiy­yət”in formalaşması məsələləri ilə bağlı tədqiqatlara başlanılıb, “yaşıl texnologi­ya”ların tətbiqi istiqamətində aparılan işlərə, həyata keçirilən tədbirlərə elmi baxımdan ciddi dəstək verilməsi qərara alınıb.

XQ

İqtisadiyyat