KOBİA COP29-u dəstəkləyir

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) aldığımız məlumata əsasən, bu qurum BMT-nin Qlobal Sazişinə qoşulub.

Bildirilib ki, agentlik BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq strategiya və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlə­rinin müvafiq prinsiplərinə uyğunlaşdır­maqda, KOB-ların inkişafına və yeni sa­hibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərməklə qlobal davamlı inki­şaf strategiyasına öz töhfəsini verməkdə davam edəcək.

KOBİA, həmçinin, 2024-cü ilin ölkə­mizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Də­yişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq fəaliyyətində və KOB-larla iş prosesində ətraf mühit məsələlərinə, “yaşıl iqtisadiyyat”ın təbliğinə diqqəti daha da artıracaq.

Qeyd edək ki, BMT-nin Qlobal Sazi­şi 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də “Da­yanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

XQ

İqtisadiyyat