Ağdamda beton zavodu

post-img

Azərbaycanın yerli kapitallı “Kontakt Kaspi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Ağdam Sənaye Parkında qeyri-rezident olaraq beton və beton məmulatları zavodu quracaq.

Bu barədə MMC-nin direktoru Nərgiz Bədəlova məlumat verib. Onun dediyinə görə, artıq parkın ərazisində zavod üçün yer ayrılıb. Cari ilin aprelinə qədər zavodun tikinti layihəsi təs­diqlənərsə may ayından inşaat işlərinə başlanılacaq. Tikinti işlərinin, təxminən 2-3 ay davam edəcəyi gözlənilir.

Zavodun məhsulları daxili tələbatın ödənilməsi ilə yanaşı, “Made in Azerbaijan” brendi altında xaricə də ixrac ediləcək. Layihənin investisiya dəyəri isə təqribən 1 milyon 250 min manatdır.

İqtisadiyyat