Azərbaycan Yaponiya sərgisində

post-img

Yaponiyanın paytaxtı Tokio şəhərində 49-cu Bey­nəlxalq Qida və İçkilər sərgisi keçirilib. 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin məlumatı­na görə, martın 5-dən 8-dək davam edən “FOODEX Japan– 2024” sərgisində Azərbaycanın şirkətləri məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi altında təqdim edib. Belə ki, milli stenddə şərablar, meyvə şirələri, mineral sular, kürü, qən­nadı məhsulları, qurudulmuş meyvələr, fındıq, zeytun yağları və digər məhsullar nümayiş olunub. Sərgi çərçivəsində Azər­baycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirib, ixra­ca dair müzakirələr aparıblar.

Xatırladaq ki, hər il, təxminən, 90 ölkədən 3500-ə yaxın iştirakçı məhsullarını “FOODEX Japan” sərgisində nümayiş etdirir.

XQ

İqtisadiyyat