Ötən il ərzində beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan banklarına böyük həcmli kredit xətlərinin açılması üzrə bir sıra müqavilələr imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.
O bildirib ki, yaxın aylarda bu müqavilələrin davamlı şəkildə imzalanmasının şahidi olacağıq.
“ABA olaraq Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi ilə birgə sosial-iqtisadi inkişafın maliyyələşdirilməsi layihəsinə start vermişik. Layihənin məqsədi real sistemin maliyyələşdirilməsinin genişləndirilməsi üzrə sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir”, - deyə Z.Nuriyev qeyd edib.