Azərbaycan "FOODEX Japan 2024" sərgisində iştirak edir

post-img

Yaponiyanın paytaxtı Tokio şəhərində "FOODEX Japan 2024" – 49-cu Beynəlxalq Qida və İçkilər sərgisi öz işinə başlayıb.

AZƏRTAC İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadla xəbər verir ki, martın 5-8-də keçiriləcək sərgidə Azərbaycanın şirkətləri məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendi altında təqdim edir. Belə ki, milli stenddə şərablar, meyvə şirələri, mineral sular, kürü, qənnadı məhsulları, qurudulmuş meyvələr, fındıq, zeytun yağları və digər məhsullar nümayiş olunur. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar.

Qeyd edək ki, hər il təxminən 90 ölkədən 3 500-ə yaxın iştirakçı məhsullarını "FOODEX Japan 2024" sərgisində nümayiş etdirir.

İqtisadiyyat