Gündəlik neft hasilatı – 598 min barel

post-img

Energetika Nazirliyindən verilən məlumata görə, cari ilin yanvar ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub. Bunun 474 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.

Məlumata görə, “OPEC+” (OPEC və təşki­lata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı ic­lasında əldə edilən razılaş­maya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvo­tası gündəlik 551 min barel təşkil edir.

Beləliklə, Azərbaycan yanvar ayında “OPEC+” çərçivəsində kvotasından 77 min barel geridə qalıb.

XQ

İqtisadiyyat