2 ilə ölkənin “yaşıl enerji”si 17 faizdən 24 faizə çatacaq

post-img

Bakıda keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı forumda İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov bildirib ki, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, orta müddətli dövrdə Azərbaycanda iqtisadi artımın 3-4 faiz ətrafında saxlanılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bununla bağlı ekoloji sahəyə, xüsusilə “yaşıl enerji”yə investisiyaların artırılması istiqamətində məqsədlər müəyyənləşdirilib. 

Beləliklə, 2026-cı ilə qədər ümumi qoyu­luş gücündə bərpaolunan enerjinin payının 17 faizdən 24 faizə çatdırılması hədəf götürülüb. 2030-cu ildə bu hədəfin 30 faizə çatdırılması sosial-iqtisadi inkişaf strategiyasının başlıca prioritetlərindən biridir. Göründüyü kimi, “ya­şıl artım” və “yaşıl iqtisadiyyat” istiqamətində strateji sənəd və hədəflər müəyyənləşdirilib. Amma burada əsas məsələlərdən biri məhz nəzərdə tutulan məqsədlərin reallığa çevril­məsini sürətləndirməkdir. Bu, COP-29 prose­si ilə bağlı fəaliyyət planının icrasında diqqət mərkəzində saxlanılacaq.

XQ

İqtisadiyyat