Yeni yol Kəlbəcəri Laçına qovuşdurur

post-img

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icrası həyata keçirilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də Kəlbəcər–Laçın avtomobil yolunun tikintisidir. Uzunluğu 75,8 kilometr olan bu yol üzərində tunellərin inşası davam etdirilir.

Azərbaycan Avtomobil Yolla­rı Dövlət Agentliyinin məlumatına əsasən, hazırda yolun müəyyən hissələrində qazma-dolğu işləri icra edilir, yeni torpaq yatağı inşa olunur. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su ka­nallarının tikintisi, drenaj işləri, həmçi­nin daş divarın inşası aparılır. Yolboyu tikintisi nəzərdə tutulan 17 avtomobil tunelindən 10-da tikinti işləri davam etdirilir.

Dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istis­marı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellərdə hərəkət hissəsi 11,6 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 13 min 300 metr təşkil edəcək.

Kəlbəcər–Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götür­məklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkə­zinə və inşası reallaşdırılan Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.

XQ

İqtisadiyyat