Hacıqabul Sənaye Məhəlləsi 14 sahibkarlıq subyektini əhatə edir

post-img

Ötən il İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində 118 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə, təxminən, 3,1 dəfə çoxdur. Bununla da, adı çəkilən sənaye məhəlləsində məhsul istehsalının ümumi dəyəri 162 milyon manatı keçib.

İZİA-nın məlumatına görə, ötən müddətdə sahibkarlar sənaye məhəl­ləsinə 45,6 milyon manat investisiya yatırıblar, 220-dən çox daimi iş yeri ya­radıblar. Yaxın gələcəkdə isə mövcud layihələr üzrə əlavə 119 milyon manat investisiya yatırılması və 1500-dən ar­tıq daimi iş yerinin yaradılması planlaş­dırılır.

Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsində ümumi investisiya dəyəri 164,5 milyon manat olan 14 sahibkar­lıq subyekti rezident kimi qeydiyyat­dan keçib. Artıq onların 9-u fəaliyyətə başlayıb. Sənaye məhəlləsinin rezi­dentləri minik avtomobillərinin, nəqliy­yat vasitələri üçün əyləc bəndlərinin, istilik izolyasiya məhsullarının, plastik qabların, tikinti materiallarının, plastik taraların istehsalı və s. sahələr üzrə ix­tisaslaşıb.

XQ

İqtisadiyyat